Gəncədə 3 qızı olan ananın üçəm qızları dünyaya gəldi | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə 3 qızı olan ananın üçəm qızları dünyaya gəldi

17:33 - 21 / 11 / 2022
Gəncədə 3 qızı olan ananın üçəm qızları dünyaya gəldi

Şəmkir sakini Gəncədə üçəm dünyaya gətirib.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncə Regional Perinatal Mərkəzdə 30 yaşlı Günel Məmmədova hamilələyin 31-ci həftəsində üç qız övladı dünyaya gətirib.

Doğuş təbii yolla olub. Uşaqlar nəzərdə tutululan müddətdən tez dünyaya gəldiyindən, bir müddət həkim nəzarətində saxlanılacaqlar.

Qeyd edək ki, bu qadının 4-cü hamiləliyidir. Bundan öncə ailənin 5, 6 və 8 yaşlarında 3 qız övladı doğulub. Hazırda həkimlər ananın və körpələrinin vəziyyətini normal dəyərləndirir. Oğul arzusunda olan Məmmədovlar ailəsinin yeni doğulan 3 qız övladına Nurtəkin, Aytəkin və Gültəkin adları verilib.

Paylaş:
994

Son xəbərlər

Bütün xəbərlər