Qiymət artımı ilə bağlı son vəziyyət - “Çıxışa doğru”da MÜZAKİRƏ - FOTO - VIDEO

Əvvəlki aylara nisbətən ayrı-ayrı ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə olunmaqradır.
Bu hal daha çox makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində özünü göstərməkdədir.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Qiymət artımı ilə bağlı son vəziyyət" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Rauf Zeyni - İctimai Nəzarət Mərkəzinin sədri, Sahib Məmmədov - hüquq müdafiəcisi, Əli Vəliyev - manşet.az xəbər pörtalının baş redaktoru, Xalid Kərimli - iqtisadcı və Şahin Nağıyev - İqtisadiyyat Nazirliyi Yaninda Antiinhisar və İstehlak Bazarina Nəzarət Dövlət Xidmətinin Haqsiz Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin müdiri, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:



