Əməliyyatda saxlanılan taksi sürücüsünün 66 sosial şəbəkə profili aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyyatda saxlanılan taksi sürücüsünün 66 sosial şəbəkə profili aşkarlanıb

Qafar Ağayev14:17 - 22 / 11 / 2022
Əməliyyatda saxlanılan taksi sürücüsünün 66 sosial şəbəkə profili aşkarlanıb

Bakıda taksi sürücülərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında sosial şəbəkə profilləri aşkarlanıb.

Bu barədə 1news.az-a DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumar verib.

"Onun başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 "TikTok" hesabı, 12 "Instagram" profili olması müəyyən edilib. 19 profil üzrə təkcə mənim hesabımı izləyib. 6 profillə uyğunsuz şərhlər, əsassız və qərəzli məlumatlar yazdığı üçün blok edilib", - E.Hacıyev vurğulayıb.

Xatırladaq ki, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.

Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.

Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqpozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər