Baiba Blodniece: “Latviya və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə fəal əməkdaşlığı inkişaf etdirib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Baiba Blodniece: “Latviya və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə fəal əməkdaşlığı inkişaf etdirib”

15:26 - 22 / 11 / 2022
Baiba Blodniece: “Latviya və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə fəal əməkdaşlığı inkişaf etdirib”

"Coğrafi baxımdan fərqli bölgələrdə yerləşsək də Azərbaycanla əməkdaşlıq üçün ortaq maraqlarımız var"

1news.az xəbər verir ki, bu sözləri Latviya Müdafiə Nazirliyinin Parlament Katibi Baiba Blodniece "Qadınlar Dayanaqlı Sabah Naminə" beynəlxalq konfransda videoformatda çıxışı zamanı deyib.

"Latviya və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə fəal əməkdaşlığı inkişaf etdirib. Azərbaycanla Latviya coğrafi baxımdan fərqli regionlarda yerləşsə də, əməkdaşlıq üçün potensiallarımız və ortaq maraqlarımız var".

Blodniece, həmçinin Ukraynada müharibə nəticəsində fiziki, mənəvi, psixoloji cəhətdən problemlər yaşayan qadınlar haqqında da danışıb.

Aynurə Xudaverdiyeva

Paylaş:
449

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər