“Şuşanın 270 anı” filmi məktəbdə nümayiş olundu

22 noyabr 2022-ci il tarixdə Bakı şəhəri M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə teleaparıcı Lalə Azərtaşın təqdimatında “Şuşanın 270 anı” adlı bədii-sənədli filminin nümayişi oldu.
1news.az xəbər verir ki, təqdimatda şəhid Ələddin Seyidovun atası Azər Səidov,qazilər, layihə rəhbəri Lalə Azərtaş, filmin quruluşçu rejissoru (valideynimiz )Rauf Ocaqverdiyev Xəzər TV-nin əməkdaşı Kərəm Ələsgərov , Azərbaycan müəllimi qəzetinin müxbiri Tünzalə xanım və digər qonaqlar iştirak etdilər. İlk olaraq tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva qonaqları və tədbir iştirakçılarını salamladı, qonaqları təqdim etdi.44 günlük Zəfərin tarixindən danışan məktəbin direktoru şagirdlərin tənpərvər ruhda böyümələri üçün mütəmadi olaraq belə tədbirlərin təşkil olunduğunu bildirdi.
Sonra söz ilk olaraq layihə rəhbəri Lalə Azərtaşa verildi. Lalə xanım filmin qısa gedişatı barədə tədbir iştirakçılarına məlumat verdi.Daha sonra film nümayiş olundu.
Filmin nümayişindən sonra məktəbimizin məzunu şəhid Ələddin Səidovun atası Azər müəllim şagirdlərə vətəni qorumağı, bu vətənin hər bir qarış torpağına sadiq olmağı tövsiyə etdi.
Tədbir şagirdimiz Aylin İsazədənin ifasında vətənpərvər musiqi nömrəsi ilə başa çatdı.Film tədbir iştirakçılarının böyük marağına səbəb oldu.


