600-dən çox Azərbaycanlı qadın She’s Next Empowered by Visa müsabiqəsinin ikinci dalğasında iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

600-dən çox Azərbaycanlı qadın She’s Next Empowered by Visa müsabiqəsinin ikinci dalğasında iştirak edib

Qafar Ağayev19:00 - 22 / 11 / 2022
600-dən çox Azərbaycanlı qadın She’s Next Empowered by Visa müsabiqəsinin ikinci dalğasında iştirak edib

She’s Next Empowered by Visa qlobal təşəbbüsün Azərbaycanda icrasının ikinci dalğası çərçivəsində Visa şirkəti Wowoman – qadılnarın inkişafı və motivasiyası platforması ilə tərəfdaşlıqda qadın sahibkarlar və öz biznesini açmaq arzusunda olan qadınlar üçün müsabiqə keçirtdi.

602 qadının iştirak ərizəsi göndərdiyi müsabiqədə 2 qalib pul mükafatları uddu: “Əməli biznes” kateqoriyasında qalib biznesinin inkişafı üçün öz 15 000 manat, “Biznes ideyası” kateqoriyasında qalib isə öz işinin qurulması üçün 10 000 manat məbləğində mükafatlar qazandılar.

19 noyabrda Visa şirkətinin təşkil etdiyi qadın sahibkarlar və öz işini qurmaq niyyətində olan qadınlar üçün müsabiqənin finalı keçirildi. Final Visa Elevator Pitch Day formatında baş tutdu — finalçılar bizneslərini və biznes ideyalarını 2-dəqiqəlik qısa nitqlər şəklində təqdim etdilər. Bu yekun yarışa vəsiqə qazanmış 12 finalçı müsabiqənin öncəki mərhələlərini ən uğurlu nəticələrlə bitirmiş iştirakçılar arasından seçildi. Müsabiqənin iki qalibi Visa şirkətindən bizneslərinin inkişafına və ya qurulması üçün pul mükafatları əldə etdilər. “Əməli biznes” kateqoriyasında qalib olmuş Türkan İsmayıllı xüsusi qayğıya ehtiyacı olan uşaqların nitqinin inkişaf etdirilməsi üçün animasiyalar və audio nağıllar nümayiş edən Youtube kanalı sahəsində öz biznesini inkişaf etdirir. “Biznes ideyası” kateqoriyasında 0-3 yaşlı uşaqlar üçün inkişafedici "Bubop" adlı qutuları üzrə layihə təqdim etmiş Səbinə Həşimova qalib tanındı.

Müsabiqənin münsiflər heyəti:

1) Visa şirkətinin Azərbaycanda regional meneceri, Baş direktor – Nurlan Hacıyev

2) Biznes-təlimçi – Elvin Dadaşsoy

3) Natiqlik üzrə təlimçi və yazar – Coşqun Kərimov

4) Resm zinət əşyaları brendinin təsisçisi və direktoru – Rəsminə Qürbətova

5) Ballı Bisi şirniyyat evinin təsisçisi və direktoru – Esmira Avilova

Final yarışda finalçılar öz layihələrini münsiflər heyətinə təqdim etməkdən öncə bütün iştirakçılar hazırlıqdan keçdilər və effektiv təqdimat üzrə onlayn təlimin dinləyiciləri oldular. Biznes inkişafı və nitq sahəsində ekspertlər təlim iştirakçıları ilə effektiv təqdimatın strukturu, effektiv nitq elementləri, auditoriya ilə iş prinsipləri və bir çox digər mövzulara dair faydalı məsləhətlərlə bölüşdülər. Təlimin yazısı Visa-nın YouTube kanalında yerləşdirilib. Gələcəkdə bu bilik və bacarıqlar müsabiqə iştirakçılarına öz biznes ideyalarını üçün investisiyaları cəlb etmək üçün onları uğurlu təqdim edib müdafiə etməyə kömək edəcək.

Visa şirkətinin strateji məqsədlərindən biri bütün dünyada qadın sahibkarlarının dəstəklənməsidir. She’s Next Empowered by Visa qlobal təşəbbüsü bütün dünyada artıq on minlərlə qadına kömək edib. Təşəbbüsə qatılan qadınlar təhsil layihələri vasitəsilə bilik və bacarıqlar əldə edir, öz bizneslərinin inkişafı üçün yatırımlar cəlb edir və ya pul mükafatları udurlar, güclü qadınların nümunələrindən ruhlanırlar. Təşəbbüsün dalbadal ikinci il ərzində Azərbaycanda keçirilməsi xüsusilə sevindiricidir. Biz görürük ki, Azərbaycan qadınları öz işini qurmağa və inkişaf etdirməyə getdikcə böyük maraq göstərirlər,” – deyərək Nurlan Hacıyev, baş direktor, Visa-nın Azərbaycanda regional meneceri şərh verdi.

Maliyyə və təhsildən savayı, layihənin digər vacib komponenti qadınların motivasiyasıdır. She’s Next Empowered by Visa qlobal təşəbbüsün ikinci dalğası çərçivəsində müvəffəqiyyət qazanmış Azərbaycanlı qadın sahibkarlarla podkastlar yazıldı. Azərbaycanda biznes qurmuş 5 qadın öz uğur hekayələri ilə paylaşdılar. Podkast qəhrəmanlarını və onların qurduqları biznesləri ümumi ideya birləşdirir: milli və mədəni motivlərlə zəngin tətbiqi sənət əsasında uğurlu biznesin qurulması, məs. kəlağayılar, xarratlıq və zərgərlik əşyaları və ya açıqca və suvenirlər istehsalı və satışı. Always Inspired podkastının platfotrmasında sahibkarların hekayələrinə qulaq asıb ruhlana bilərsiniz.

“Qadınlara öz biznes ideyaların icrasında xüsusi kömək lazımdır. Visa şirkətinin She’s Next Empowered by Visa təşəbbüsü qadın biznesinin inkişafına böyük töhfələr verir. Mən, Azərbaycanda yüzlərlə digər qadınla yanaşı öz biznesimin inkişafı üçün dəyərli biliklər əldə etdim. Qazandığım mükafat biznesimin - 0-3 yaşlı uşaqlar üçün inkişafedici "Bubop" adlı qutuların yaradılmasına sərf olunacaq – “Business idea” kateqoriyasının qalibi Səbinə Həşimova qeyd etdi. [АЗ1]

“Visa şirkətinin müsabiqəsində iştirak səni inkişaf etdirən, sənə təhsil bazası və maliyyə resursu verən gözəl təcrübədir. Bütün iştirakçıların və münsiflərin dəstəyini hiss etmək çox xoş idi. Mükafatımı xüsusi qayğıya ehtiyacı olan uşaqların nitqinin inkişaf etdirilməsi üçün animasiyaların və audio nağılların hazırlanmasına xərcləyəcəm,” “Operational business” kateqoriyasının qalibi Türkan İsmayıllı söylədi.

2022 ilin sentyabrında Visa şirkəti She’s Next Empowered by Visa qlobal təşəbbüsün Azərbaycanda ikinci dalğasına start verilməsini elan etdi. Artıq ikinci ildir ki, təşəbbüsün tərəfdaşı WoWoman – dır - qadınlarının inkişafı və motivasiyası üçün platforma. She’s Next Empowered by Visa təşəbbüsü mikro və kiçik bizneslə məşğul olan qadınlara kömək etmək məqsədi daşıyır. Layihə işgüzar qadınlara biznesin idarə edilməsinə dair praktiki məsləhətlər və əlavə maliyyə verməklə qadın sahibkarlığının inkişafına xidmət edir.

Visa haqqında məlumat

Visa.com.az Visa (NYSE: V)[1] rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.

WoWoman haqqında məlumat:

WoWoman platforması, Facebook tərəfindən dünyanın 100 ən yaxşı icması arasında seçilmiş və təsisçisi Sosial Sahibkarlıq kateqoriyasında Forbes 30 under 30 siyahısına daxil edilmiş, qadınların inkişafı və motivasiyası üçün platformadır. WoWoman komandası 6 ildən artıq fəaliyyət göstərir ki, Azərbaycanda 10 000-dən çox qadın üçün müxtəlif mövzularda 500-dən çox təlim və 50-dən çox kurs təşkil edib.

[1] Nyu-York fond birjasında V simvolu ilə tanınır.

Reklam hüququnda

Paylaş:
427

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər