Azərbaycan və Böyük Britaniyanın səhiyyə sahəsində əməkdaşlığı müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Böyük Britaniyanın səhiyyə sahəsində əməkdaşlığı müzakirə olunub

Qafar Ağayev14:48 - 23 / 11 / 2022
Azərbaycan və Böyük Britaniyanın səhiyyə sahəsində əməkdaşlığı müzakirə olunub

Səhiyyə Nazirliyində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüş keçirilib.

1news.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Fergus Auldu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf tendensiyasına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur.

Teymur Musayev Böyük Britaniyada səhiyyə sektorunun çox yüksək səviyyədə olduğunu, bu ölkənin səhiyyə sisteminin (National Health Service – NHS) isə dünyada ən səmərəli təşkil edildiyini qeyd edib: “Britaniya səhiyyəsi innovativ avadanlıqların klinik praktikaya tətbiqi və tibb işçilərinin yüksək peşə hazırlığı ilə seçilir. Bundan əlavə, Böyük Britaniyanın tibb universitetləri təhsilin keyfiyyəti və yüksək ixtisaslı mütəxəssislərin buraxılması ilə məşhurdur. Belə ki, bu ölkənin üç tibb məktəbi dünyanın ən yaxşı tibb universitetlərinin ilk onluğundadır”.

Nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Öz növbəsində səfir Fergus Auld Böyük Britaniyanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinə görə, dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur. Fergus Auld postkovid dövründə Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsinin daha da zəruri olduğunu qeyd edib.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan və Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Paylaş:
288

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər