Almaniyadan deport olunub Bakıya gələndə həbs edilən şəxs sərbəst buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Almaniyadan deport olunub Bakıya gələndə həbs edilən şəxs sərbəst buraxıldı

13:07 - 24 / 11 / 2022
Almaniyadan deport olunub Bakıya gələndə həbs edilən şəxs sərbəst buraxıldı

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Ziya İbrahimov azadlığa buraxılıb.

1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə onun barəsindəki işə xitam verilib və məhkəmə zalından sərbəxt buraxılıb: “İttihamda göstərilən hər iki icra vərəqəsi tam icra oldunuğu üçün Ziya İbrahimov azadlığa buraxılıb”.

Xatırladaq ki, bu il mayın 19-da Almaniyadan deportasiya edilən Ziya İbrahimov Bakı hava limanında həbs edilib. Ona 2019-cü ildən axtarışda olduğu bildirilib.

Daxili İşlər Nazirliyi isə həmin vaxt məlumat yayaraq Z.İbrahimovun aliment borcuna görə saxlanıldığını bildirib.

Paylaş:
323

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər