Nazir: “Ən yaxşı məktəb, evin yaxınlığındakı məktəbdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Ən yaxşı məktəb, evin yaxınlığındakı məktəbdir”

Qafar Ağayev16:37 - 25 / 11 / 2022
Nazir: “Ən yaxşı məktəb, evin yaxınlığındakı məktəbdir”

"Məktəb avtobusları ilə bağlı məsələ yol xəritəsində var” .

1news.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

“Məktəb avtobuslarının hazırda effektiv olması sualdır. Çünki bir məktəbə Bakının dörd tərəfindən şagird gəlir".

"Bir çox ölkələr ciddi və sərt məktəb seçimi qaydası tətbiq ediblər” - deyə, nazir əlavə edib:

“ Yəni şəxslər yalnız yaşadığı yerdə övladını məktəbə qoyur, avtobus uşağı istədiyi evdən istədiyi məktəbə gətirmir. Bakı məktəbləri ilə bağlı bir neçə mif var və hər il avqust ayında məsələ qaldırılır ki, "hansı məktəb yaxşıdır, ora uşağı qoyum". Ən yaxşı məktəb, evin yaxınlığındakı məktəbdir və şagird stress keçirmir".

Qafar Ağayev

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər