Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

17:16 - 26 / 11 / 2022
Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

1news.az

Paylaş:
253

Son xəbərlər

Samsung yeni Galaxy S23 Seriyasını təqdim etdi: Bu günün və sabahın premium təcrübəsiBu gün, 22:21Sevinc Fətəliyeva: Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tuturBu gün, 20:44Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edildiBu gün, 17:512023-cü il Gənclər üçün Prezident mükafatları verilib - SİYAHIBu gün, 17:45Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilibBu gün, 17:45Fevralın 2-nə USD/AZN rəsmi məzənnəsi açıqlanıbBu gün, 17:41Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçilərinin cərimələnəcəyi hal müəyyənləşdiBu gün, 17:38Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 17:23Qalib Azərbaycanın intellektual və güclü gəncliyiBu gün, 17:19FHN Gəncədəki yanğınla bağlı məlumat yaydıBu gün, 17:13İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıbBu gün, 16:58Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldıBu gün, 16:45Peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:35Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxubBu gün, 16:32Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin edilibBu gün, 16:23Türkiyə-Naxçıvan sərhədi açılıbBu gün, 16:02Eldar İbrahimov yenidən Milli Məclisin İntizam Komissiyasının sədri seçilibBu gün, 15:52ANAMA sədrinə birinci müavini təyin olunubBu gün, 15:41Parlament sahibkarlıq sahəsində yoxlamaların daha 1 il dayandırılmasını təsdiqləyibBu gün, 15:11“Diskotekanı ölkəyə mən gətirmişəm” - Niyaməddin MusayevBu gün, 14:52
Bütün xəbərlər

Next TV