Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:52 - 26 / 11 / 2022
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

1news.az

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər