“Şuşanın 270 anı” filmi 26 nömrəli məktəbdə nümayiş olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şuşanın 270 anı” filmi 26 nömrəli məktəbdə nümayiş olundu

14:41 - 29 / 11 / 2022
“Şuşanın 270 anı” filmi 26 nömrəli məktəbdə nümayiş olundu

Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbdə “Cəmiyyətin və Medianın inkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaşın “Şuşanın 270 anı” adlı bədii-sənədli filminin təqdimatı keçirilib.

1news.az xəbər verir ki, təqdimatda tanınmış jurnalist və layihə rəhbəri Lalə Azərtaş, Şəhid Nicat Orucovun anası Şəhla Babayeva, şəhid Hakim Bəşirovun həyat yoldaşı Təranə Bəşirova oğlu 5 yaşlı Renat qonaq qismində iştirak etmişlər.

Tədbirdən öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxmış,daha sonra filmə baxış keçirilmişdir.Sonda iştirakçılar öz təəssüratlarını bölüşmüş,xatirə şəkli çəkdirib.

Qeyd edək ki, film “Cəmiyyətin və Medianın Inkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində çəkilib.

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər