Zorakılıq halları və ətrafdakı insanların laqeydliyi - “Çıxışa doğru”da MÜZAKİRƏ
Zorakılıq hallarına ətrafdakı insanların laqeydliyi ən çox yeniyetmələrə qarşı özünü
biruzə verir. Müasir dövrdə yeniyetmələr maddi bərabərsizliyi olduqca ağır qəbul
edir və bu hissi yaşamaqda çətinlik çəkirlər. Valideynlər arasında münaqişə və
ailədə bir-birinə qarşı zorakılıq, həmçinin yeniyetmənin şüuruna kütləvi şəkildə
kütləvi informasiya vasitələri, elektron resurslar vasitəsilə aqressiv reklamlar,
zorakılıq, həyatın dəyişməz tərəfləri, ölüm və ya özünəqəsdin təbliği nəticəsində
yaranan depressiv əhval və psixi pozğunluqlar da intihara səbəb olan ən güclü
faktorlardan biridir.
1news-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Zorakılıq halları
və ətrafdakı insanların laqeydliyi" mövzusunda aparılan müzakirələr zamanı bu
barədə ətraflı danışılıb.
Verilişin qonaqları Nurlan Əliyev - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşi, Şəbnəm Cəfərova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq məsələləri şöbəsinin məsləhətçisi,
Tural İsmayılov - Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq və
İlhamə Mustafayeva - sosial psixoloq, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube”
kanalından izləyə bilərsiniz: