Məişət zorakılığına məruz qalan 78 nəfər reabilitasiya müəssisəsinə qəbul olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Məişət zorakılığına məruz qalan 78 nəfər reabilitasiya müəssisəsinə qəbul olunub

15:43 - 30 / 11 / 2022
Məişət zorakılığına məruz qalan 78 nəfər reabilitasiya müəssisəsinə qəbul olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bir bölməsi də məişət zorakılığından zərər çəkmiş şəxslər üçün nəzərdə tutulub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, 2021-ci il avqustun 1-də fəaliyyətə başlayan bölməyə ötən dövrdə 127 (48 qadın, 79 uşaq) nəfər, o cümlədən bu il 78 nəfər şəxs qəbul edilib.

Bölməyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır.

Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür. Burada sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb.

1news.az

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər