Səməd Vurğun parkından FOTOLAR... | 1news.az | Xəbərlər
Cəmiyyət

Səməd Vurğun parkından FOTOLAR...

09:54 - 30 / 11 / 2022
Səməd Vurğun parkından FOTOLAR...

Bu gün noyabr ayının sonuncu günüdür. Payızın son günlərini yaşayan Bakıda maraqlı abu-hava müşahidə olunur.

1news.az-ın fotoqrafı paytaxt ərazisində yerləşən Səməd Vurğun parkından fotosessiyalar hazırlayıb.

Qeyd edək ki, S.Vurğun parkı paytaxtın ən köhnə yaşıl məkanlarından biridir. Şəhərin mərkəzində, Bakı Dəmir Yolu Vağzalının və Dəmir Yolu İdarəsi binasının yaxınlığında yerləşən parkın əsası 1882-ci ildə dəmir məmulatı taciri Krasilnikovun şəhər bağının yerində qoyulub. 1961-ci ildə isə parkda Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun abidəsi ucaldılıb.

2009-cu ildə park bərpa ediləndən sonra şəhər sakinlərinin və paytaxtın qonaqlarının ixtiyarına verilib.

Sözügedən parkdan görüntüləri təqdim edirik:

Fotolar: Nadir İbrahimli

Paylaş:
849

Son xəbərlər

Bütün xəbərlər