Yevlaxda 26 yaşlı qızı zorla qaçırıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda 26 yaşlı qızı zorla qaçırıblar

12:15 - 30 / 11 / 2022
Yevlaxda 26 yaşlı qızı zorla qaçırıblar

Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də 26 yaşlı qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər