Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın SAXLANILDI | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın SAXLANILDI

12:22 - 30 / 11 / 2022
Oğurluq və narkotik satmağa görə axtarışda olan qadın SAXLANILDI

Oğurluq və qanunsuz narkotik dövriyyəsinə görə axtarışda olan şəxs Səbail rayonunda müəyyən olunub.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Ayşən Həşimova saxlanılıb.

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər