Azərbaycanda itdən qorxan 13 yaşlı qız öldü - Foto | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda itdən qorxan 13 yaşlı qız öldü - Foto

14:04 - 01 / 12 / 2022
Azərbaycanda itdən qorxan 13 yaşlı qız öldü - Foto

Qubada itin hücumuna məruz qalan yeniyetmə qız vəfat edib.

1news.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun İkinci Nügədi kəndində baş verib. Bir neçə gün əvvəl kənd ərazisində it 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib. Hadisə qızın yaşadığı evin həyətində baş verib. Küçə itləri həmin gün həyətə daxil olub.

Həmin hadisə zamanı it qızı qapmasa da, yeniyetmə ağır dərəcədə qorxub. Bildirilir ki, qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, G.Orucova İkinci Nügədi kənd 1 saylı orta məktəbin 8-ci sinif şagirdi olub.

1news.az

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər