Almaniyalı səfir: “Gəl bir çay içək, söhbətimiz şirin olsun”

Almaniyanın Azərbaycandakı səfiri ölkəmizi "Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanan gün münasibətlə təbrik edib.
1news.az xəbər verir ki, bu haqda səfir Ralf Horlemann paylaşıb edib.
Belə ki, səfir öz rəsmi tviter hesabında bununla bağlı paylaşım edərək “Gəl bir çay içək, söhbətimiz şirin olsun” sözlərini yazıb.
Qeyd edək ki, çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
„Gəl bir çay içək, söhbətimiz şirin olsun“.
“Come, let’s have a tea and sweeten it with love and good conversation“.
The culture of çay 🫖 (tea) has been inscribed on the #IntangibleHeritage List of #UNESCO. Congratulations Azerbaijan! 🇦🇿 pic.twitter.com/GD0fltClFp — Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) December 2, 2022
Aynurə Xudaverdiyeva