Bir paylaşımın gücü - Əlisa Nicata 10.000 manata yaxın dəstək göstərildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir paylaşımın gücü - Əlisa Nicata 10.000 manata yaxın dəstək göstərildi

16:00 - 02 / 12 / 2022
Bir paylaşımın gücü - Əlisa Nicata 10.000 manata yaxın dəstək göstərildi

"Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı".

1news.az xəbər verir ki, bu haqda naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz feysbuk hesabında paylaşım edib. Onun sözlərinə görə, bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır:

"Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı "vay dədə, bu nədi ədə" dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir.

Mən bir anlıq qanadlandım.

Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də yazmağı özümə mənəvi borc bilirəm.

@İrşad Elektronics şirkətindən zəng edib, istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.

Ardından, Baku Electronicsdən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq o işi bsşqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz".

Ş.Xuduoğlu həmçinin bildirib ki, Əlisa Nicata məşhur insanlar da yardım edib:

"Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi.

"Görüş"restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.

Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm.

Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər.

Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, "Sobsan" Boyaları bütün rəngləmə materiallarını pulsuz verir.

Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də var.

Yardım təklifləri, yardımların ardı-arası kəsilmir.

Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi -hüdudu yoxdur.

İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmun qalıb. Həm yardım, həm də təşəkkür edirlər.

Az , ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.

Bir daha əmin oldum; bu xalq möhtəşəmdir!

Biz birlikdə güclüyük!"

Qeyd edək ki, dünən məşhur yazıçı Əlisa Nicatın ev şəraiti ilə bağlı paylaşım sosial şəbəkələrdə müzakirəyə səbəb olmuşdu.

Paylaş:
754

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər