1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür - “Çıxışa doğru”da MÜZAKİRƏ
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. İİV - infeksiyası, QİÇS - pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir.
Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.
Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir?..
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Səbinə Babazadə - respublika QİÇS-lə mübarizə mərkəzinin müdiri, Ayaz Hüseynov - Hemofiliyali Xəstələrin Respublika Assosiasiyasının sədri və Günay Hüseynli - psixoloq-təlimçi, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: