Gəncə sakinində silah-sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə sakinində silah-sursat aşkarlanıb - FOTO

13:14 - 03 / 12 / 2022
Gəncə sakinində silah-sursat aşkarlanıb - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Bağırzadə saxlanılaraq ŞBPİ-nə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 5 ədəd qumbara partladıcı fitil, 5 ədəd tapança gülləsinin gilizləri aşkar edilərək götürülüb.

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər