Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

16:17 - 03 / 12 / 2022
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Mil qəsəbə tam orta məktəbində, Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhər, Qaradağ rayonu neftçi Qurban Abbasov adına 288 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər M. Əzizbəyov adına 15 nömrəli və 19 nömrəli tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

1news.az

Paylaş:
257

Son xəbərlər

Zakir Həsənov Türkiyəyə səfər edəcəkBu gün, 09:23Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 09:22Balakəndə keçmiş məhkumdan snayper tüfəngi götürülüb - FOTOBu gün, 09:08BNA: 102 avtobusun hərəkət intervalında gecikmələr varBu gün, 09:04Lope de Veqanın yeni pyesi tapılıbBu gün, 09:00Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 08:50Məktəblərdə qış tətili başa çatıbBu gün, 08:46Bakıda sıxlıq olan yollar açıqlanıb - SİYAHIBu gün, 08:40Bloger və jurnalistlərin birinci forumu - “Çıxışa doğru”da MÜZAKİRƏ31 / 01 / 2023, 23:18Dəmir yolu üzrə də gediş haqqı artırılacaq? - ADY-dan açıqlama31 / 01 / 2023, 20:21Zərif və dəbdəbəli: Wyndham Garden Baku-nun möhtəşəm açılışı oldu - FOTO31 / 01 / 2023, 19:49“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun təsdiqləndi31 / 01 / 2023, 17:53Dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydası hazırlanacaq31 / 01 / 2023, 17:51Naxçıvanın prokuroru vəzifəsindən azad edilib31 / 01 / 2023, 17:46Fevralın 1-nə USD/AZN rəsmi məzənnəsi açıqlanıb31 / 01 / 2023, 17:44Məbləği 15 min manatdan artıq olan daşınar əmlaklar nağdsız qaydada alınacaq31 / 01 / 2023, 17:42Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı Koordinasiya Şurası yaradılacaq - FƏRMAN31 / 01 / 2023, 17:36Özünüməşğulluq proqramı üzrə daha 130 nəfərə aktivlər verilib31 / 01 / 2023, 17:29Vilayət Eyvazov Cəlilabadda qəbul keçirəcək31 / 01 / 2023, 17:13Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişir31 / 01 / 2023, 16:58
Bütün xəbərlər

Next TV