Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb - FOTO - YENİLƏNİB

16:37 - 03 / 12 / 2022
Qəbələdə dağlıq-meşəlik ərazidə itkin düşən şəxs 4 gün əvvəl gəzmək adı ilə evdən çıxıb - FOTO - YENİLƏNİB

Qəbələdə 4 gün öncə itkin düşən Səyavuş İbrahimxəlil oğlu Həmidovun tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Axtarışda FHN-nin əməkdaşları ilə yanaşı itkin düşən şəxsin yaxınları və qohumları da iştirak edir. Axtarışlar Qəbələnin şimal tərəfindəki dağ ətəyi ərazilərdə, dağlarda və Şonqar bulağı adlanan ərazidə aparılır.

İtkinin qardaşı Mehdi Həmidov bildirib ki, o, gəzmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib: “Hazırda ailəsi və yaxınlarımız pərişan və həyəcanlı gələcək xoş xəbər gözləyirik. Ümid edirik ki, tez zamanda qardaşım tapılacaq”.

12:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 30 noyabr 2022-ci il tarixində Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş 1 nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
709

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər