Aydın Tağıyevin “Vətən marşı”nı sənətkarlar birlikdə ifa etdilər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aydın Tağıyevin “Vətən marşı”nı sənətkarlar birlikdə ifa etdilər - VİDEO

11:36 - 03 / 12 / 2022
Aydın Tağıyevin “Vətən marşı”nı sənətkarlar birlikdə ifa etdilər - VİDEO

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyevin müəllifi olduğu “Vətən” şeirinə musiqi bəstələnib.

1news.az xəbər verir ki, “Vətən marşı” adlanan bəstə üçün klip də ərsəyə gətirilib. Klipin ssenarisi Aydın Tağıyevə, əsərin bəstəkarı və musiqi prodüsseri Camal Qurbanova məxsusdur. Musiqi əsərini Xalq artisti Alim Qasımov, Əməkdar artist Şölə Səfərəliyeva və tanınmış müğənnilər Amina Şirinova, Cavidan Fatehi, Anar Əhmədli, Tofiq Hacıyev və Murad Laçınlı ifa ediblər. Klipin istehsalı "Kingstar Production" və "Lua Media" şirkətlərinə məxsusdur. Rejissoru isə Ramal Nəsiblidir.

Eyni zamanda klipdə tarda Samir Səlimov, kamançada Pərviz Əliyev, zərb alətlərində Vəfadar Ramiz, bass gitarada Hüseyn Əliyev, fon vokalda "Lua Family" ifa edirlər.

Qeyd edək ki, “Vətən Marşı” şeiri bir neçə ay öncə aktyorlar tərəfindən də səsləndirilib.

Müəllifin sözügedən şeirini təqdim edirik:

“Vətən” şeiri

Söylə qardaş, Vətən nədir?

Üç rənglinin dalğasında məğrur duran igid torpaq!

Bu torpağın dərdi nədir?

Bağrı qanlı, şəhid oğlu Qarabağ!

Bu diyarın qızıl səsi haradır?

Qalib torpaq, xan qalası Şuşadır!

Nağıl kimi xoşbəxt şəhər, qədim diyar haradadır?

Yerlə-yeksan olmuş Ağdam indi xəyallardadır!

Bu diyarın köksündə canı haradır?

Ağrı dağdan boylanan, Zəngəzura meylin salan, qədim diyar Naxçıvan!

Vətənimin bədənindən bir əsirlik ayrı düşən canı kim?

Arazın sağ tərəfində gözü yolda Təbrizimdir, Təbrizim!

Bu millətin sağalmaz yarası varmı?

Var! Viranə Xocalı, günahsız körpələr, yazıq qocalar,

Haqqın gözü sənin üçün bir ömür ağlar!

Göy üzündə qarlı dağlar haradır?

Ay Laçındır, Böyük Murov, can Kəlbəcər, çılğın, cavan Dəlidağ!

Ana Vətən övladıdır bu dağlar!

Bizdən qopan tarixin gözün oyan, haqları kor qoyan səhv hansıdır?

O İrəvan, eh İrəvan köksündə yan, dönəcəkdir Azərbaycan!

Qədim paytaxt, məğrur şəhər haradır?

O Gəncədir, Cavad xandan yadigar!

Odlar yurdu, baxan gözün haradır?

Xəzərin qoynundakı əziz şəhərdir Bakı!

Aydın!

Bu torpaqlar Vətən üçün can deməkdir!

Yaşlanıb ölmək üçün arzu-kam deməkdir!

Üç rənglinin günəşi Azərbaycan deməkdir!

Xatırladaq ki, bu şeir müəllifin vətənpərvərlik mövzusunda yazdığı ikinci şeiridir. Bundan əvvəl, Aydın Tağıyev Vətən müharibəsi zamanı şəxsi təşəbbüsü ilə iki layihənin rəhbəri və təşkilatçısı olub. Bunlardan biri ölkənin 20-yə yaxın tanınmış simalarının - dövlət, hökümət nümayəndələri, media nümayəndələri, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak etdiyi “Qarabağ həqiqətləri 1992-2020” layihəsidir. Digəri isə qələbəmizin şərəfinə yazılan və müəllif hüquqları müəllifə məxsus "İlk Zəfər Marşı"dır.

Həmçinin, müstəqil araşdırmaçı jurnalist müəllifi olduğu və 10 dildə dünya mətbuatında yayımlanan məqalələrindən ibarət "Fədakarlar bir amalın uğrunda” kitabını ümummilli lider Heydər Əliyevə ithaf edib.

Qeyd edək ki, müəllifin "Vətən" layihəsi hazırda şəhid ailələri ilə davam edir və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

1news.az

Paylaş:
611

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər