Saməddin Əsədov: “Biz konqresə hazırlığın icra səviyyəsindəyik” | 1news.az | Xəbərlər
Cəmiyyət

Saməddin Əsədov: “Biz konqresə hazırlığın icra səviyyəsindəyik”

Ayşən İsmayılova10:44 - 05 / 12 / 2022
Saməddin Əsədov: “Biz konqresə hazırlığın icra səviyyəsindəyik”

"Gələn il oktyabr ayının əvvəli ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi keçiriləcək".

1news.az xəbər verir ki, bu sözləri Beynəlxalq Astronavtika Konqresində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.

“Bu baxımdan bu həftə Beynəlxalq Astronavtika Federasiyasının Azərbaycana səfər edir və Azərbaycan Kosmik Agentliyinin gələn il keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə hazırlıq işləri ilə tanış olmaq məqsədi ilə müzakirələr aparacaq.

Bildiyiniz kimi gələn keçiriləcək konqres ölkəmizdə idman tədbirlərindən sonra ən çox əcnəbi şəxslərin ölkəyə səfəri ilə yadda qalacaq. Bu baxımdan bütün dövlət qurumlarının birgə planlı və koordiyasiyalı şəkildə işini əhəmiyyətli edir.
Bu ilin əvvəli cənab prezidentin sərəncamı ilə baş nazirin rəhbərliyi ilə Xüsusi Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin göstərişləri və rəhbərliyi ilə dövlət qurumları konqresə hazırlığı yüksək səviyyədə aparırlar. Artıq planlama mərhələsi yekunlaşıb və biz konqresə hazırığın icra səviyyəsindəyik".

S.Əsədov bu gün ADA universitetində federasiya rəhbərliyi ilə təhsil müəssisələrinin və o cümlədən, Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə bir görüş təşkil edildiyini qeyd edib:

"Bu görüşün məqsədi ölkəmizin ali təhsil müəssisələrinin konqreslə bağlı məlumatlılığının artırılması və o cümlədənəməkdaşlıq imkanlarının müzakirəsidir. Bu konqres dünyada beynəlxalq səviyyədə elmi cəmiyyətin keçirdiyi ən böyük konqreslərdən biri hesab olunur. Bu baxımdan Azərbaycanda elm insanlarının, təhsil müəssisələrinin elmi işlərinin hazırlanması bu konqresdə əhəmiyyət kəsb edir. Belə ki, bu konqresdə iştirak həmin şəxslərə dünyanın kosmos sahəsində ən güclü ekspertləri ilə tanışlıq imkanı yaradacaq. Onlarla müzakirə, əməkdaşlıq imkanlarının yaradılması və həmçinin ölkəmizin gələcəkdə elm, texnologiya, innovasiya və kosmos sahəsində inkişaf perspektivlərini müzakirə etməyə imkan verəcək”.

Paylaş:
882

Son xəbərlər

Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb02 / 11 / 2024, 18:10DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib02 / 11 / 2024, 17:34Sabahdan bu yollar 3 saatlıq bağlanır!02 / 11 / 2024, 17:06Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür02 / 11 / 2024, 16:35Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA02 / 11 / 2024, 15:45Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb02 / 11 / 2024, 15:24Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür02 / 11 / 2024, 14:46Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb02 / 11 / 2024, 14:17Bakıda oğurluq edən 2 yeniyetmə saxlanılıb02 / 11 / 2024, 13:59Sabah yağış yağacaq - PROQNOZ02 / 11 / 2024, 13:36Bakıda mərkəzi küçədə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub02 / 11 / 2024, 13:13COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ02 / 11 / 2024, 12:56Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib02 / 11 / 2024, 12:43İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb02 / 11 / 2024, 12:25Azərbaycan nefti cüzi bahalaşıb02 / 11 / 2024, 12:01Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub02 / 11 / 2024, 11:41FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib02 / 11 / 2024, 11:17Azərbaycan XİN Serbiyaya başsağlığı verib02 / 11 / 2024, 10:52COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib02 / 11 / 2024, 10:32İki yeniyetmə itkin düşüb02 / 11 / 2024, 10:19
Bütün xəbərlər