NATO ekspertləri Bakıda treyninq keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

NATO ekspertləri Bakıda treyninq keçirir

13:19 - 07 / 12 / 2022
NATO ekspertləri Bakıda treyninq keçirir

Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı" çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treyninq keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər keçirilir.

Dekabrın 9-dək davam edəcək treyninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər