Noyabrda ölkəyə gələnlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrda ölkəyə gələnlərin sayı açıqlandı

17:44 - 07 / 12 / 2022
Noyabrda ölkəyə gələnlərin sayı açıqlandı

Noyabrda ölkəyə gələnlərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən 1news.az-a bildirilib ki, ötən ay Azərbaycana 135 370 nəfər səfər edib.

Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz çoxdur. Belə ki, ötən ilin noyabrında ölkəyə 86 061 nəfər gəlib.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkəyə 1 458 786 şəxs gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 111 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin oktyabrında ölkəyə 692 314 nəfər səfər etmişdi.

Ən çox əcnəbi isə Rusiya (40 807), Türkiyə (26 742), İran (14 989), Gürcüstan (8625), Hindistan (7689), Pakistan (4215) və Səudiyyə Ərəbistanından (3233) gəlib.

Ziyarətçilərin regionlar üzrə payı Rusiya üzrə 30,14, Türkiyə üzrə 19,75, İran üzrə 11,07, Cənubi Asiya üzrə isə 9,28 faiz olub.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə noyabr ayı ərzində ölkəyə gələn əcnəbilərin sayı 44 faiz azdır. Belə ki, 2019-cu ilin noyabrında Azərbaycana 241 379 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar-noyabr aylarında isə gələnlərin sayı (2 921 311) bu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox olub.

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər