Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədilər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədilər - VİDEO

12:15 - 07 / 12 / 2022
Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədilər - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

1news.az xəbər verir ki, bu məqsədlə Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.

İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Dolukhanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan mediasına Azərbaycan ərazilərinə keçməyə maneə törədib. O, daha sonra sülhməramlıların onların keçidinə mane olmaq istədiklərini bildirib.

Hadisə yerindən videoreportajı təqdim edirik:

Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.

Qafqazinfo

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər