Sumqayıtdan Bakıya gələn sürət qatarı adam vurub

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.
Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) 1news.az-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
639