Koreya səfiri Qubaya səfər edib - FOTO
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq Quba rayonuna səfər edib.
1news.az xəbər verir ki, bu haqda Quba Rayon İcra Hakimiyyətinin "Facebook" hesabında paylaşım edilib.
Səfir Li İn-Yonq Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb.
Qonağa Quba rayonu haqqında məlumat verilib və ona xatirə hədiyyəsi təqdim olunub. Səfir həmçinin rayonun bir sıra görməli yerləri, ən böyük ticarət mərkəzi ilə tanış olub.
463