Azərbaycanda daha 58 nəfər COVID-19-a yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 58 nəfər COVID-19-a yoluxub

16:35 - 09 / 12 / 2022
Azərbaycanda daha 58 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 444 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 1 348, hazırkı dövrədək isə 7 391 267 test aparılıb.

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər