Nazir müavini: “Hələ də qeyri-qanuni sərnişindaşımaların qarşısını tam ala bilməmişik”

"Hələ də qeyri-qanunu sərnişinlər və yükdaşıdaşımalarının qarşısı tam ala bilmirik”.
1news.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Bu problemlərin həlli üçün qanunvericiliklə dəyişikliklər olunmalıdır. Bununla bağlı da işlər görülür, dəyişikliklər üçün paket hazırlanıb".
İndiyədək bu istiqamətdə müəyyən işlər görülüb. Buna misal olaraq beynəlxalq yükdaşımaları göstərə bilərik. Sürücülər beynəlxalq standartlara uyğun olmalıdır. Sürücülər üçün təlimlər, onlar üçün yeni təlim proqramları hazırladıq”.
“İndiyədək 1300-ə yaxın sürücü təlimlərə cəlb edilib. 2023-cü ilin aprelə qədər 8000-ə yaxın sürücü təlimlərə cəlb ediləcəyi gözlənilir” - deyə, R. Hümmətov əlavə edib.