Şəhid ailələri və qazilərə dövlət dəstəyi - “Çıxışa doğru”da MÜZAKİRƏ

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və günbəgün artmaqdadır.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Şəhid ailələri və qazilərə dövlət dəstəyi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Ceyhun Məmmədov - Millət vəkili, Zaur İbrahimov - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində sosial xidmətlər agentliyinin idarə heyətinin sədr müavini, Rəbiyyə Cəfərova - "YAŞAT" Fondunun müdir müavini, Emin Həsənli – "Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə" İctimai Birliyinin sədri və Elmar Hüseyn - ehtiyatda olan polkovnik-leytenant, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: