Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən İran vətəndaşları saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən İran vətəndaşları saxlanılıb

11:14 - 10 / 12 / 2022
Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən İran vətəndaşları saxlanılıb

Azərbaycanda narkotik dövriyyəsində şübhəli bilinən iranlılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən 1news.az-a məlumata görə, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

1news.az

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər