Türkiyə MN: “Heydər Əliyev qardaşlığımızı bütün dünyaya çatdırdı”

Türkiyənin Milli Müdafiə Nazirliyi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı tviterdə paylaşım edib.
1news.az xəbər verir ki, paylaşımda deyilir:
“Biz bir millət, iki dövlətik” deyərək qardaşlığımızı bütün dünyaya çatdıran Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatorəsini vəfatının 19-cu ildönümündə hörmət və ehtiramla yad edirik”.
“Biz bir millet, iki devletiz” diyerek kardeşliğimizi tüm dünyaya haykıran Can #Azerbaycan’ın Millî Lideri #HaydarAliyev’i vefatının 19'uncu yıl dönümünde rahmet ve saygıyla anıyoruz. 🇹🇷🇦🇿 pic.twitter.com/n40OZcY9RJ— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 12, 2022