Bakıda sabiq prokuroru avtomobil vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sabiq prokuroru avtomobil vurub

09:49 - 12 / 12 / 2022
Bakıda sabiq prokuroru avtomobil vurub

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

1news.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.

1news.az

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər