Salyan sakinini ölümlə hədələməkdə şübhəli bilinən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyan sakinini ölümlə hədələməkdə şübhəli bilinən şəxs tutulub

13:15 - 13 / 12 / 2022
Salyan sakinini ölümlə hədələməkdə şübhəli bilinən şəxs tutulub

Salyan rayon sakinini ölümlə hədələməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Həsənli kənd sakini olan bir nəfərin öldürülməklə hədələnməsi barədə polisə məlumat daxil olub.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Məzahir Bədəlov müəyyən olunaraq saxlanılıb.

Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

1news.az

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər