Heydər Əliyev və gənclər siyasəti - “Çıxışa doğru”da MÜZAKİRƏ

Ümummilli Lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirib. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verib. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edib...
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Şahin Rəhmanlı - İRƏLİ İctimai Birliyinin sədri, Ülviyyə Axundova - "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri, Bəxtiyar İslamov - Yeni Azərbaycan Partiyası gənclər birliyinin sədri, Flora Hacıyeva - Bakı Dövlət Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru, gənclər üçün prezident mükafatinin laureatı və Mustafa Hüseynov - "Yüksəliş" müsabiqəsinin qalibi, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: