Bakı şahmat üzrə dünya kuboku yarışına ev sahibliyi edəcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti dəfə Azərbaycana böyük etimad göstərib.
Azərbaycan Şahmat Federasiyasından 1news.az-a bildiriblər ki, FIDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan dünya kubokunun yarışının təşkilatçılığını Azərbaycana həvalə edib.
Mötəbər yarış Bakıda 2023-cü il iyulun 29-dan avqustun 26-dək təşkil olunacaq.
Qeyd edək ki, bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci dünya kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə analoji yarışa ev sahibliyi edib.
332