Bərdədə polis maşınla ikinci qrup əlili vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə polis maşınla ikinci qrup əlili vurub

16:50 - 14 / 12 / 2022
Bərdədə polis maşınla ikinci qrup əlili vurub

Bərdədə polis əməkdaşı şəxsi avtomobili ilə qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə qəflətən yola çıxan piyada, 1961-ci il təvəllüdlü ikinci qrup əlil Surxay Şahbazovu vurub.

Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Xəsarət alan şəxs xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər