Azərbaycan Ordusunun əsgəri özünü güllələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Qafar Ağayev17:05 - 14 / 12 / 2022
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun 14 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi Prokurorluğundan 1news.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilb.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Paylaş:
872

Son xəbərlər

Bütün xəbərlər