Taksi xidmətində ödəniş problemi - “Çıxışa doğru”da MÜZAKİRƏ

Yeni sistemə keçid ölkəmizdə ilkdir və ona görə də atılan addımlar insanları həvəsləndirməlidir. Sərnişinlərin nağdsız ödəniş etməyə maraqlı olmasına təşviq etmək lazımdır. Əks halda, dövlətin həyata keçirdiyi siyasət hansısa şirkət tərəfindən şübhə altına alınacaq, insanlarda mənfi münasibət formalaşacaq. Təəssüf ki, bəzi şirkətlər işini bu cür qurur. Əslində, qiymətin ƏDV daxil hesablanması taksi xidməti ilə yanaşı, bir çox sahələrdə mövcuddur. Taksi şirkətləri də ƏDV-ni sərnişindən tutur...
1news-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Taksi xidmətində ödəniş problemi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Eldəniz Cəfərov - nəqliyyat üzrə mütəxəssis, Ruslan Məhərrəmov - taksi bloger, Emin Əlizadə - "Ulduz taksi" taksoparkının müdiri, Rauf Ağamirzəyev - nəqliyyat üzrə mütəxəssis və Aydınxan Əbilov - "Yeni yazarlar və sənətçilər" İctimai Birliyinin sədri, kitabxana.net - Mircəlal Paşayev adına milli virtual kitabxananın təsisçisi, yazıçı-kulturoloq, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: