Binəqədidə neft qurğularının avadanlıqları oğurlayan şəxs saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə neft qurğularının avadanlıqları oğurlayan şəxs saxlanıldı - VİDEO

13:47 - 16 / 12 / 2022
Binəqədidə neft qurğularının avadanlıqları oğurlayan şəxs saxlanıldı - VİDEO

Binəqədi rayonunda evlərdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Binəqədi qəsəbəsində 2 evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar istintaqa təqdim olunub. Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa 43-cü Polis Bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər