Improtex İndustries zavodu Azərbaycanda daha bir ilkə imza atdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Improtex İndustries zavodu Azərbaycanda daha bir ilkə imza atdı - FOTO

18:04 - 16 / 12 / 2022
Improtex İndustries zavodu Azərbaycanda daha bir ilkə imza atdı - FOTO

2013-cü ildə «İmprotex Group» tərəfindən təsis edilmiş ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş «İmprotex İndustries» zavodu yerli istehsal olan yeni bir məhsulu ictimaətə təqdim etdi.

Ölkə başçısının yerli istehsala və ölkəmizin ixrac potensialının artırılmasına verdiyi əhəmiyyət, bu istiqamətdə qəbul edilmiş proqramlar, xüsusilə son dövrlərdə müvafiq dövlət qurumların icrası ilə aparılan uğurlu islahatlar yerli məhsulların istehsalını həyata keçirən müəssisələrin fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.

Belə ki, İmprotex İndustries metal konstruksiya və üst qurğuları zavodu yüksək ixrac potensialına malik yeni «İmtrailer» markası altında Tentli yarımqoşqu layihəsini təqdim etdi. Bu hadisəni həmdə Azərbaycan maşınqayırma sənayesində bir ilk edən odur ki, ölkədə ilk dəfə nəqliyyat vasitələrinin Beynəlxalq WMI identifikasiya kodu alınmışdır. Dünya İstehsalçı İdentifikasiya kodu (WMİ) Beynəlxalq Avtomobil Mühəndisləri Cəmiyyəti (SAE) tərəfindən verilir ki, onun da Azərbaycanda nümayəndəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsdir.

İmprotex şirkətlər qrupu tərəfindən ərsəyə gələn bu layihə yerli bazarla yanaşı xarici bazarlara da təqdim olunacaq. Tentli yarımqoşunun istehsalında yüksək keyfiyyətli materiallardan, əyləc sistemindən, və oxlardan istifadə olunmuşdur ki, bu da Avropa istehsalı olan yarımqoşqularla rəqabəti təmin edə biləcək.

Onu da qeyd edək ki, “İmprotex İndustries” zavodu bu yaxınlarda işğaldan azad olunmuş ərazilərə qayıdışın sürətlənməsinə töhvə vermək məqsədilə, minalanmış ərazilərin təmizlənməsi üçün Revival P markalı təmamən yerli mütəxəssilərin məhsulu olan piyada əleyhinə minatəmizləyən texnikanı təqdim etmişdir. Uzaqdan idarə oluna bilən (2 000 m) Revival P piyada əleyhinə minatəmizləyən texnikası artıq sınaqları başa vurmuş, o cümlədən xarici dövlətlərin marağına səbəb olmuşdur. Zavod rəhbərliyindən bildirildi ki, Hazırda tank əleyhinə minatəmizləyən texnikanın zavod ərazisində sınaqları bitdikdən sonra real sahələrdə sınaqları davam etdiriləcək.

Əlavə etmək lazımdır ki, “İmprotex İndustries” zavodu özüboşaldanlar, yanğınsöndürən texnikaların, məişət tullantıları daşıyan texnikalarının o cümlədən, kənd təssərüfatı qoşquların, müxtəlif ölçülü çənlərin istehsalı ilə məşğuldur. Zavod bunlarla yanaşı yüksək keyfiyyətli metal konstruksiyaların da istehsalıni təmin edir.

Reklam hüququnda

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər