Sabirabad sakinində 9 kq narkotik aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabad sakinində 9 kq narkotik aşkar olunub

12:17 - 16 / 12 / 2022
Sabirabad sakinində 9 kq narkotik aşkar olunub

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 3800 ədəd yüksək təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Salyan rayonu ərazisində keçirilən tədbir nəticəsində saxlanılan Sabirabad rayon sakini Rabil Əzimzadədən 28 qramdan artıq heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 3 kiloqram 65 qram marixuana, 3 kiloqram 905 qram tiryək, 2 kiloqram 115 qram heroin və 3800 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər