Naxçıvana uçan təyyarə geri qayıtdı

Əlverişsiz hava şəraiti(güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları”nın (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı hava limanına qayıtmaq qərarına gəlib.
1news.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.
“Təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər”, - məlumatda deyilir.
516