Azərbaycanlı müğənni Rusiyada yol qəzasında öldü
Rusiyada azərbaycanlı müğənni Reyhan Hacıyeva yol qəzasında vəfat edib.
1news.az xəbər verir ki, bu barədə aparıcı və prodüser Sərxan Kərəmoğlu öz sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, qəza dekabrın 19-u baş verib.
S.Kərəmoğlu hadisə yerindən çəkilmiş görüntüləri paylaşıb.
Qeyd edək ki, müğənni R. Hacıyeva Moskva şəhərində yaşayırdı. Hadisə vaxtı avtomobildə olan digər musiqiçilər sağ qalıb.
1688