Biləsuvarda yanan evdən meyit tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda yanan evdən meyit tapıldı

09:41 - 20 / 12 / 2022
Biləsuvarda yanan evdən meyit tapıldı

Biləsuvarda evdə yanğın olub, ölən var.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Biləsuvar şəhərində birmərtəbəli 4 otaqlı evin (tavanı qamış və lambirdən ibarət) otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin dam örtüyü yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər