TƏBİB-in İcraçı direktoru: “Rayon mərkəzi xəstəxanalarında təkmilləşdirilmə işləri aparılıb”

“Əhaliyə daha keyfiyyətli və əlçatan tibbi xidmət göstərmək məqsədilə respublika ərazisi üzrə rayon mərkəzi xəstəxanalarında ilkin səhiyyə xidmətində strukturunda da təkmilləşdirilmə işləri aparılıb”.
1news.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
“Bu tədbirlər çərçivəsində Ailə Sağlamlıq Mərkəzləri yaradılmış və bu mərkəzlər lazımi şəraitlə təmin edilmişdir. Yaşayış mənəqələrində yaradılmış kənd həkim məntəqələri və tibb məntəqələri Ailə Sağlamlıq Mərkəzləri üzrə təhkim olunub”.
“Əhalinin əlçatanlığının yaxşılaşdırılması məqsədilə Ailə Sağlamlıq Mərkəzləri və Tibb məntəqələrinin sayının artırılması, infrastruktur vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir” - deyə o bildirib.